Mükəmməl restoran POS sisteminiz
Monyo POS ilə restoran idarəçiliyini daha səmərəli edin. Sifarişləri izləyin, ödənişləri qəbul edin, mətbəx ilə koordinasiyanı optimallaşdırın — bütün əməliyyatları rəqəmsal idarə edin.
Kassadan anbara — hər şey nəzarətdə
QR menyu, mətbəx, anbar və maliyyə bir-biri ilə sinxron işləyir.
Admin panel
Bütün filial və əməliyyatlar bir paneldə.
Sinxron menyu
Menyu POS və QR menyuda eyni anda yenilənir.
QR menyudan sifariş
Müştəri sifarişi birbaşa kassaya düşür.
QR-dan ödəniş
Masada onlayn ödəniş, avtomatik çek bağlanması.
Çatdırılma sistemi
Çatdırılma sifarişlərini ayrıca izləyin.
Al-apar sistemi
Gəl-götür sifarişləri sürətli və səhvsiz.
Anbar
Məhsul inqrediyentləri anbarla birləşir, qalıq avtomatik azalır.
Maliyyə
Gəlir, xərc və kassa hesabatları.
Satış statistikası
Ən çox satılan məhsullar, saatlar və işçilər.
Ofisant çağır
QR menyudan gələn çağırışlar ofisant panelində.
Monyo Bot
Çek, məhsul silmə, qiymət və endirim barədə WhatsApp və Telegram-a bildiriş.
Wolt inteqrasiyası
Wolt sifarişləri avtomatik POS-a düşür.
E-kassa inteqrasiyası
Omnitech, Caspos, AzSmart, NBA, OneClick.
İdarəçi mobil tətbiqi
Monyo Manager ilə restoran cibinizdə.
Ehtiyacınıza uyğun Monyo POS
Hər iki versiyaya pulsuz yeniləmələr, yeni funksiyalar və texniki dəstək daxildir. Qiymət fərdi təklif əsasında hazırlanır.
POS Standart
Kassa və sifariş idarəsi — anbarsız versiya.
- Monyo POS — anbarsız
- Avtomatik proqram yeniləmələri
- Yeni funksiyalardan istifadə
- Admin panel — mobil tətbiq
- Monyo Manager — canlı izləmə
- Şübhəli hərəkətlər bildirişləri
- Texniki dəstək
POS + Anbar
Tam versiya — anbar və inqrediyent uçotu ilə.
- Monyo POS — tam versiya
- Monyo Anbar sistemi
- Məhsul inqrediyentlərinin anbarla birləşdirilməsi
- Avtomatik proqram yeniləmələri
- Admin panel — mobil tətbiq
- Monyo Manager — canlı izləmə
- Şübhəli hərəkətlər bildirişləri
- Texniki dəstək
Monyo ManageriOS və Android tətbiqi
Restoranınız cibinizdə
Monyo Manager — Monyo POS istifadə edən restoran sahibləri və menecerlər üçün mobil tətbiq. Harada olmağınızdan asılı olmayaraq satışları canlı izləyin və şübhəli əməliyyatlardan anında xəbərdar olun.
- Satış və kassanın canlı izlənməsi
- Çek silmə və məhsul silmə bildirişləri
- Açıq masalar və aktiv sifarişlər
- Satış statistikası və hesabatlar
- Bir neçə filialın bir tətbiqdən idarəsi
Restoranda nə baş verirsə, dərhal bilirsiniz
Monyo Bot POS-dakı hər həssas əməliyyatı restoran sahibinə anında WhatsApp və Telegram-a göndərir: çek silindi, məhsul silindi, qiymət dəyişdi, endirim verildi. Kim, nə vaxt, hansı masada, hansı məbləğdə — siz hər şeydən xəbərdar olursunuz.
Bildirişlər hər gün istifadə etdiyiniz messencerə gəlir.
Telegram
İstəsəniz Telegram-da, istəsəniz hər ikisində.
İşçi məsuliyyəti
Hər əməliyyat işçinin adı ilə qeydə alınır.
Sui-istifadəyə qarşı
Silmə və endirimlər sizdən gizli qalmır.
Hər səhər saat 06:00-da biznesinizin hesabatı
Süni intellekt hər gün dünənki işinizi təhlil edir, keçən həftə ilə müqayisə edir və səhər saat 06:00-da restoran sahibinə göndərir. Rəqəmlərlə yanaşı, nəyi yaxşılaşdırmaq lazım olduğunu konkret tövsiyələrlə deyir.
- Gəlir, çek sayı və orta çek
- Keçən həftə ilə müqayisə
- Ən çox və ən az satılan məhsullar
- Saatlara görə yüklənmə
- Ofisant və kassir performansı
- Silmə, endirim və qiymət dəyişiklikləri
- AI tövsiyələri: nəyi dəyişməli
- Ətraflı biznes analitikası
Nümunə hesabat
Wolt sifarişləri avtomatik Monyo POS-da
Wolt inteqrasiyasını aktivləşdirin: sifarişi Wolt planşetində qəbul etdiyiniz an o, avtomatik Monyo POS-a düşür. Sifarişləri əl ilə köçürməyə ehtiyac qalmır.
Əl ilə köçürmə yoxdur
Sifarişi POS-a ikinci dəfə yazmağa ehtiyac qalmır.
Səhvsiz sifariş
Məhsullar və miqdarlar Wolt-dakı kimi eynilə düşür.
Vaxt qənaəti
Pik saatlarda kassir sifariş köçürməklə vaxt itirmir.
Asan aktivləşdirmə
İnteqrasiyanı komandamız sizin üçün qoşur.
Monyo POS e-kassa ilə birlikdə işləyir
Monyo POS Azərbaycanda istifadə olunan aparıcı e-kassa provayderləri ilə inteqrasiya olunub. Hesab bağlananda fiskal çek seçdiyiniz e-kassada avtomatik vurulur — məbləği kassaya ikinci dəfə daxil etmək lazım deyil.





Açar təslim quraşdırma
Monyo POS-u restoranınıza komandamız quraşdırır və işə salır.
Sistemin yazılması
Proqram təminatının cihazlarınıza yazılması.
Daxili server
Restoranda daxili serverin quraşdırılması.
Menyu və masalar
Menyunun və masaların sistemə daxil edilməsi.
Printerlər
Kassa və mətbəx printerlərinin konfiqurasiyası.
Təlim
İşçilərə istifadə qaydasının izahı.
Texniki dəstək — bizim öhdəliyimiz
- Sistemin stabil və fasiləsiz işləməsi
- İstənilən texniki suala operativ cavab
- Tam texniki dəstək
- Online texniki dəstək — ödənişsiz
Yerində texniki xidmət
Avadanlıqla bağlı məsələlərdə də yanınızdayıq. Ehtiyac olduqda mütəxəssisimiz restoranınıza gəlir və problemi yerində həll edir.
Yerində texniki xidmət ayrıca, ödənişli şəkildə göstərilir.
Tez-tez verilən suallar
Restoranınızı bu gün rəqəmsallaşdırın
Bizə güvənən 3500+ restoran, hotel və kafeyə qoşulun. WhatsApp-da yazın — komandamız sizə uyğun həlli və qiyməti təklif etsin.
Nə ilə maraqlanırsınız?
Mövzunu seçin — WhatsApp hazır mesajla açılacaq, sadəcə göndərin.
WhatsApp-da yazın

